Modern.az

Türkiyə XİN-dən Ukrayna ilə bağlı ÇAĞIRIŞ

Türkiyə XİN-dən Ukrayna ilə bağlı ÇAĞIRIŞ

Dünya

22 Fevral 2022, 07:12

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) son hadisələr nəzərə alınaraq vətəndaşlarını Ukraynanın şərq vilayətlərini tərk etməyə çağırıb.

 

Modern.az xəbər verir ki, XİN Ukraynanın şərq bölgələrinə səfər edən vətəndaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı yazılı açıqlama yayıb.

 

Açıqlamada Ukraynanın şərq bölgələrində baş verən son hadisələr nəzərə alınaraq Türkiyə vətəndaşlarının bu bölgələri tərk etmələri, zəruri hallarda Kiyevdəki Türkiyə səfirliyi ilə əlaqə saxlamaları şiddətlə tövsiyə olunub.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat