Modern.az

Tahir Mirkişili İrəvanda erməni spikerə cavab verdi

Tahir Mirkişili İrəvanda erməni spikerə cavab verdi

Aktual

23 Fevral 2022, 16:17

İrəvanda səfərdə olan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Ermənistan parlamentinin spikeri vəzifəsini icra edən Hakob Arşakyanın Azərbaycanda hələ də erməni hərbçilərin saxlanıldığı barədə iddiasına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, deputat Azərbaycanda saxlanılan şəxslərin əsir deyil, məhkəmə qərarı ilə günahı sübut olunmuş cinayətkarlar olduğunu diqqətə çatdırıb.

 

Tahir Mirkişili Dağlıq Qarabağ adlı münaqişənin bitdiyini, belə bir ərazi vahidinin Azərbaycanda olmadığını qeyd edib. Komitə sədri daha çox sərhədlərin müəyyyən olunmasına, sülh sazişinin imzalanmasına, kommunikasiyaların açılmasına diqqət yetirməyin vacibliyini xatırladıb.

 

O, eyni zamanda regionda bütün dağıntıların və faciələrin Azərbaycan ərazisində olduğunu, azad edilmiş ərazilərdə 900-dən çox şəhər və kəndin, o cümlədən öz evinin yerlə-yeksan olunduğunu diqqətə çatdırıb, Azərbaycanın hər zaman bütün xalqların mədəni irsinə hörmətlə yanaşdığını vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!