Modern.az

AŞPA Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

AŞPA Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

Aktual

23 Fevral 2022, 17:38

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar yazılı bəyanat yayıb. 25 deputatın imza atdığı bəyanatın müəllifi Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdur.



Modern.az xəbər verir ki, bəyanatı Azərbaycan, Türkiyə, Bosniya və Herseqovina, Fransa, İtaliya, Bolqarıstan və Ukraynadan olan deputatlar imzalayıblar. Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində bu bəyanat AŞPA-ya üzv olan 47 ölkənin nümayəndələrinə paylanıb.



Bəyanatda bildirilir ki, bu il fevralın 26-da Ermənistan ilə Azərbaycan arasında keçmiş münaqişənin ən qaranlıq səhifəsini əks etdirən Xocalı soyqırımının 30-cu ildönümü tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərinə hücum edərək yerli sakinlərə qarşı soyqırımı aktı həyata keçirib. Xocalı faciəsi zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 günahsız insan vəhşicəsinə qətlə yetirilib, 1275 dinc sakin girov götürülüb (onlardan 150-nin taleyi hələ də məlum deyil), 487 nəfər yaralanıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!