Modern.az

ABŞ Ukraynaya yeni hücum tarixini AÇIQLADI

ABŞ Ukraynaya yeni hücum tarixini AÇIQLADI

Dünya

23 Fevral 2022, 22:57

ABŞ Rusiyanın 48 saat ərzində Ukraynaya hücuma keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Newsweek” nəşri ABŞ kəşfiyyatındakı mənbəyə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, ABŞ hakimiyyəti bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenskiyə məlumat verib.

 

“Bu səhər Rusiya Ukraynanın hava məkanını pozaraq kəşfiyyat təyyarəsi ilə qısamüddətli uçuş həyata keçirib” – deyə mənbə qeyd edib.

 

Bu, ay ərzində artıq üçüncü analoji xəbərdarlıqdır.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat