Modern.az

Xarkovda hərbi aerodrom vuruldu - VİDEO

Xarkovda hərbi aerodrom vuruldu - VİDEO

Dünya

24 Fevral 2022, 09:27

Ukraynanın Xarkov vilayətinin Çuquyev şəhərində hərbi aerodromun raketlə vurulduğu deyilir.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın teleqram kanalları məlumat paylaşıb.

 

Sosial şəbəkələrdə aerodromun alovlar içərisində olduğunu əks etdirən videogörüntülər yayılıb. Hələlik bununla bağlı rəsmi açıqlama verilməyib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat