Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “UNEC - 100” adlı müzakirələr keçirilib.
Modern.az xəbər verir ki, bununla bağlı Universitetin rektoru Ədalət Muradov məlumat paylaşıb. Rektorun sosial şəbəkə hesabında qeyd etdiyi fikirləri təqdim edirik:
"“UNEC - 100” Strategiyası ilə müəyyən etdiyi hədəflərə nail olmaq istiqamətində görülmüş işləri təhlil etmək və qarşıda duran əsas vəzifələri müəyyən etmək üçün fakültə dekanları ilə geniş müzakirə keçirdik. Problemlər haqqında məlumatlar dinlənildi, təkliflər səsləndirildi, səylərin artırılmasının vacibliyi bildirildi.
Uğurlar!
Hər şey daha da yaxşı olacaq!"