Modern.az

Ermənistan prezidenti bu tarixdə seçiləcək

Ermənistan prezidenti bu tarixdə seçiləcək

Dünya

24 Fevral 2022, 18:43

Ermənistan parlamentində martın 1-də başlayacaq növbəti sessiyada ölkə prezidenti seçiləcək.

 

Modern.az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.


Məsələnin sessiyanın gündəliyinə salınması ilə bağlı layihə parlamentin fevralın 28-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Prezident seçkiləri martın 1-də deyil, 2-si və ya 3-də baş tutacaq.

 

Qeyd edək ki, Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini açıqlayıb. Fevralın 1-dən prezidentin səlahiyyətlərini parlamentin sədri Alen Simonyan icra edir. Yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan hakim partiyadan prezidentliyə namizəd olub. Müxalifət isə prezident seçkilərini boykot edir və namizəd irəli sürmək niyyətində olmadığını açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat