Modern.az

G7 liderləri: Ukrayna ilə birlikdəyik

G7 liderləri: Ukrayna ilə birlikdəyik

Dünya

24 Fevral 2022, 20:50

G7 ölkələrinin liderləri virtual sammitdən sonra birgə bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

 

Liderlər bildiriblər ki, Rusiya Prezidenti Vladimir Putin Avropa qitəsinə müharibəni yenidən gətirib.

 

"Biz təkrarlanan təkliflərimizə baxmayaraq, Prezident Putinin Avropa təhlükəsizliyinə aid sualların həlli üçün diplomatiyada iştirakdan inadla imtina etməsini qınayırıq. Biz NATO, Avropa İttifaqı və üzv ölkələr, həmçinin Ukrayna da daxil olmaqla tərəfdaşlarımızla birlikdəyik, bütövlük və qayda-qanunlara əsaslanan beynəlxalq nizamın qorunması üçün zəruri olan hər şeyi etməyə qətiyyətliyik”, - bəyanatda qeyd olunub.

 

G7 liderlərinin iclasının təxminən 1 saat davam etdiyi bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat