Modern.az

Zelenski Avropa liderlərini ittiham etdi

Zelenski Avropa liderlərini ittiham etdi

25 Fevral 2022, 15:58

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderlərini ittiham edib.

 

Modern.az xəbər verir ki, onun fikrincə, Avropa ölkələrinin liderləri Rusiyanın hücumlarının qarşısını almaq üçün kifayət qədər tədbir görmür.

 

Zelenski qeyd edib ki, Avropa liderləri dərhal hərəkətə keçsələr, Rusiyanın təcavüzünü dayandırmaq mümkün olar.

 

Ukrayna lideri, həmçinin Avropa İttifaqı ölkələrinin vətəndaşlarını Rusiyaya qarşı etiraz etməyə və hökumətləri isə daha qətiyyətli addımlar atmağa çağırıb.


Turqay Musayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat