Modern.az

Azərbaycanlı deputat İrəvanda nələrin şahidi oldu...

Azərbaycanlı deputat İrəvanda nələrin şahidi oldu...

Aktual

25 Fevral 2022, 16:43

"Ermənistan cəmiyyəti iki hissəyə bölünür". 

 

Modern.az xəbər verir ki, bunu İrəvandan səfərdən qayıdan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

 

Deputat qeyd edib ki, birinci qisim Daşnaksütyun partiyasının təmsil etdiyi radikal qüvvələrdir:

 

"Onlar azərbaycanlı deputatlarla ünsiyyəti belə qəbuledilməz hesab edirlər. Amma azlıq təşkil edirlər. İkinci qüvvə isə daha konstruktiv, regionda sabitliyin yaradılmasında maraqlı qüvvələr idi. Hesab edirəm ki, Ermənistan cəmiyyətinə düzgün mesajları ötürməklə mövcud vəziyyətin onlar üçün şans olduğunu çatdıra bilərik".

 

Xatırladaq ki, bir neçə gün öncə Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədovun Avronest Parlament Assambleyasının İrəvanda keçirilən iclasında iştirak ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!