Modern.az

Ukraynalı vəkillər azərbaycanlı həmkarlarından kömək istədilər

Ukraynalı vəkillər azərbaycanlı həmkarlarından kömək istədilər

Aktual

28 Fevral 2022, 10:24

Ukrayna Vəkillər Kolegiyasının vitse-prezidenti azərbaycanlı vəkillərdən kömək istəyib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

 

Anar Bağırov ukraynalı həmkarının ona məktub ünvanladığını bildirib: 

 

"Əziz həmkarlar, dəyərli dostlar!

 

Ukrayna Milli Vəkillər Assosiyasının vitse-prezidenti, cənab Valentyn Gvozdiy mənə şəxsən müraciət edərək bu məlumatı paylaşmağı xahiş etdi. Ukraynada vəkil həmkarlarımız və ailələri çox ağır durumdadılar, təcili yardıma ehtiyacları var.

 

Aşağıda göstərilən hesaba hər kəs ianə edə bilər. Yardım Ukrayna Milli Vəkillər Assosiyasiyası tərəfindən mərkəzləşdirilmiş qaydada ehtiyacı olan vəkillərə humanitar məqsədlər üçün istifadə olunacaqdır".

 

 

"Yardım edən hər kəsə əvvəlcədən təşəkkür edirəm. Məlumat üçün şərh bölümündə və yaxud şəxsən mənə bunu bildirməyi xahiş edirəm" - deyə, Anar Bağırov əlavə edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!