Son 10 il ərzində 24 min şəxs ad, soyad və ata adlarının dəyişdirilməsi üçün müraciət edib.
Modern.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Nahid Səfərli “Adın, ata adının, soyadın dəyişdirilməsi” mövzusunda onlayn brifinqdə deyib.
Onun sözlərinə görə, müraciət edən şəxslər arasında ölkəmizdə yaşayan və ad-soyadını dəyişdirmək istəyən əcnəbilər də var. Bildirilib ki, əcnəbilərin sayı ilə əlaqədar ayrıca statistika aparılmır.