Modern.az

Ermənistan parlamenti “Şuşa Bəyannaməsi”nin müzakirəsindən imtina etdi

Ermənistan parlamenti “Şuşa Bəyannaməsi”nin müzakirəsindən imtina etdi

Qərbi Azərbaycan

1 Mart 2022, 12:57

Ermənistan parlamenti martın 1-də keçirilən iclasında Azərbaycan və Türkiyə qanunverici orqanlarında ratifikasiya edilən “Şuşa Bəyannaməsi”nin müzakirəsini məqbul saymayıb.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, hakim “Mülki müqavilə” partiyasının təmsil etdiyi parlament çoxluğu “Şuşa Bəyannaməsi”nə dair bəyanat layihəsinin gündəliyə daxil edilməsinə qarşı çıxıb.

Bəyanat layihəsi müxalifədtə olan “Ermənistan” blokunun parlament fraksiyası tərəfindən irəli sürülmüşdü.


Hakimiyyətin mövqeyini hakim “Mülki müqavilə” partiyasından olan deputat Qurgen Arsenyan təqdim edib. O, Ermənistan Xarici İşlər Nazirliyinin artıq bu bəyannaməyə qiymət verdiyini bildirib.

 

Bu təşəbbüsün parlamentin 4 gün davam edəcək hazırkı iclasının gündəliyinə salınması təklifini cəmi 26 deputat dəstəkləyib. Eyni zamanda, 1 nəfər “əleyhinə”, 57 nəfər isə bitərəf qalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə