2021-ci ildə müvafiq Dövlət reyestrində qeydiyyata alınmış 2379 əmtəə nişanından 1453-ü milli, 926-sı isə xarici fiziki və hüquqi şəxslərə məxsusdur.
Modern.az xəbər verir ki, bu barədə məlumat Əqli Mülkiyyət Agentliyinin 2021-ci ildə görülmüş işlər barədə hesabatında öz əksini tapıb.
Hesabata görə, qeydiyyata alınan əmtəə nişanlarından 22-si şərabçılıq məhsulları, 3-ü xalçaçılıq sənətinə aid olub. Ümumilikdə sənaye mülkiyyəti obyektləri üzrə 131 müqavilə qeydiyyatdan keçirilib, onlardan 121-i əmtəə nişanları üzrə hüquqların verilməsinə, 1-i əmtəə nişanları üzrə girov verilməsinə; 5-i əmtəə nişanları üzrə istifadə hüququna dair lisenziya verilməsinə, 4-ü Avrasiya patenti üzrə lisenziya verilməsinə aid olub.
Müəllif hüquqlarının obyektləri olan əsərlər üzrə 405 müəllifin 851 əsəri qeydiyyatdan keçirilib, əsərin qeydiyyatı haqqında 863 Şəhadətnamə verilib, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 231 müəllifin 371 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 371 şəhadətnamə verilib, hüquqların verilməsi ilə bağlı 9 müqavilə qeydiyyatdan keçirilib.
1996-2021-ci illərdə qeydiyyatdan keçirilmiş əsərlərin ümumi sayı (faizlə) (on-line qeydiyyat daxil olmaqla) Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2022-ci il 1 yanvar tarixinədək Agentlikdə bütövlükdə 14261 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 419 müəllifin 787 əsəri qeydiyyatdan keçirilib.