Modern.az

Rusiyanın itkiləri ilə bağlı YENİ RƏQƏMLƏR

Rusiyanın itkiləri ilə bağlı YENİ RƏQƏMLƏR

Aktual

3 Mart 2022, 12:12

Müharibənin səkkizinci gününə olan məlumata əsasən, Rusiya ordusu döyüşlərdə təxminən 9000 nəfər itki verib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.

 

"Birgə Qüvvələr Əməliyyatı zonasında Rusiyanın 30 təyyarəsi, 31 helikopteri, 211 tankı, 900-dən çox hərbi texnikası, 11 hava hücumundan müdafiə sistemi, 42 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 3 PUA, 2 qayıq, 374 avtomobil texnikası məhv edilib. Yüzlərlə hərbçi əsir götürülüb", - deyə nazirlik Rusiyanın itkilərini açıqlayıb.

 

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi Ukraynaya qarşı döyüşlərdə daha az itki verdiyini elan edib.

Sizə yeni x var
Keçid et
Rus kəşfiyyatının MƏXFİ SƏNƏDİ - Bu ölkəni işğal edək