Modern.az

Fransa Rusiyaya qarşı sanksiyaları sərtləşdirir

Fransa Rusiyaya qarşı sanksiyaları sərtləşdirir

Dünya

3 Mart 2022, 22:57

Fransa hakimiyyəti Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə “Politico” qəzeti Fransa prezidentinin administrasiyasına istinadən yazıb.

 

Qeyd olunub ki, yeni sanksiya qərarı bu gün Fransa və Rusiya liderlərinin telefon danışığından sonra verilib.

 

Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub və saat yarım davam edib, lakin konkret nəticələr əldə olunmayıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?