Modern.az

Bəzi bölgələrdə məktəblər acınacaqlı vəziyyətdədir

Bəzi bölgələrdə məktəblər acınacaqlı vəziyyətdədir

Aktual

4 Mart 2022, 11:46

"Ötən dövrdə Bakı və ölkə ərazisində çoxsaylı məktəb binaları tikilib, köhnə binalar təmir edilib və istifadəyə verilib". 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ombudsman Səbinə Əliyeva deyib.

 

Ombudsman qeyd edib ki, bununla belə bəzi bölgələrdə hələ də məktəblərin vəziyyəti acınacaqlıdır:

 

"Bu məktəblərin təmiri və bərpası ilə bağlı addım atılmalıdır. Həmçinin, məktəblilərin dərsliklərə əlavə vəsaitlərlə dövlət hesabına təmin edilməsi həll olunmalıdır".

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!