Modern.az

Qanunun təkmilləşdirilməsinə ehtiyac var

Qanunun təkmilləşdirilməsinə ehtiyac var

Aktual

4 Mart 2022, 11:58

"Ombudsman haqqında konstitusiya qanununun təkmilləşdirilməsinə ehtiyac var". 


Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında hesabatla çıxış edən ombudsman Səbinə Əliyeva deyib. 

 

Ombudsman bu təkmilləşdirmənin dövrün çağırışlarına uyğun olaraq, vacibliyini qeyd edib.

 

Deputat Erkin Qədirli təklifə dəstək verib: "Ombudsmanın hər hesabatında çox ciddi təkliflər olur, amma bunlar reallaşmır. Təklif edirəm ki, gələcəkdə konstitusiyaya düzəlişlər layihəsi hazırlananda mütləq ombudsmana qanunvericilik təşəbbüsü verilsin".

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!