Deputat Aydın Mirzəzadə media qurumlarının rəhbərlərinə müraciət edib.
Modern.az xəbər verir ki, o, Milli Məclisin iclasında Ombudsmanın hesabatı ilə bağlı müzakirələr aparılarkən çıxış edib.
Deputat media qurumlarına müraciət edərək bildirib:
"Öz səhifələrinizi və ekranlarınızı ombudsman üçün açın. Televiziyalarda tolk-şoularda Ombudsman əməkdaşlarını görmürük. Bununla bağlı müzakirələrə onlar da qoşulmalıdır".