Milli Məclisin bu gün keçirilən iclasında hesabat təqdim edən Ombudsman Səbinə Əliyevaya suallar ünvanlanıb.
Modern.az xəbər verir ki, deputat Nigar Arpadarai Səbinə Əliyevaya "Ombudsman sülhməramlıların nəzarətində olan ərazilərdə insan hüquqlarının pozulmasına bağlı monitorinq aparırmı?" sualını verib.
Deputat qeyd edib ki, orada erməni cinayətkarlar hələ də qalırlar:
“Onlardan biri də elə Araik Arutunyandır. Onlar silahlıdır, bu da ona gətirib çıxarır ki, orada olan azərbaycanlı və erməni əsilli vətəndaşlarımız həmişə risk altındadır. Ona görə hesab edirəm ki, bu məsələdə həm sülhməramlılar, həm də aidiyyəti qurumlarla iş aparılmalıdır”.