Azərbaycanda Qida Təhlükəsizliyi Reyestri yaradılacaq.
Modern.az-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Milli Məclisdə “Qida təhlükəsizliyi” haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, reyestrdə insan sağlamlığı üçün təhlükəli olan qida məhsulları haqqında məlumatlar veriləcək.
Q.Təhməzli əlavə edib ki, qanun layihəsi Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətlərini beynəlxalq standartlara uyğunlaşdırır: “Qanun qida zəncirinin bütün mərhələlərində nəzarət sistemi qurmağa imkan verəcək”.