Modern.az

18 əcnəbi Azərbaycanda qanunsuz ov edib

18 əcnəbi Azərbaycanda qanunsuz ov edib

Aktual

4 Mart 2022, 16:55

"Azərbaycanda ov edənlərin 90 faizi yerli vətəndaşlardır".

 

Modern.az xəbər verir ki, bununla bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Ekspert saat"ında məlumat verib.

 

O qanunsuz ovlama ilə bağlı cəzalandırılan şəxslərin sayını açıqlayıb:

 

"18 xarici vətəndaş, 60-dan çox yerli vətəndaş qanunsuz ovla məşğul olub. Qanunsuz ovlama ilə bağlı cərimələrin məbləğinin artırılması üçün İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb və aidiyyəti üzrə göndərilib. Həmin cərimələrin təkcə miqdarının artırılması yox, müəyyən əlavə qaydalar da təklif olunub. Ov qaydalarının pozulması ilı bağlı yeni tədbirlər layihədə təklif olunur”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!