Modern.az

Korrupsiya ilə bağlı 10 mindən çox müraciətə baxılıb

Korrupsiya ilə bağlı 10 mindən çox müraciətə baxılıb

Aktual

9 Mart 2022, 13:18

2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi vətəndaşların 10,2 min müraciətinə baxıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

 

Hesabata görə, Baş İdarənin "161-Qaynar xətt" əlaqǝ mərkəzinə 5 131 müraciət daxil olub. Onların 4 265-i (83%) nəzarətdə saxlanılmaqla aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilib.

 

392 müraciət (8%) prokurorluğun müvafiq struktur qurumlarında, 474-ü (9%) Baş İdarədə araşdırılıb. Baş İdarədə araşdırılan müraciətlərdən 67-si (14%) üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!