Modern.az

Ceyhun Bayramov somalili həmkarı ilə görüşdü

Ceyhun Bayramov somalili həmkarı ilə görüşdü

Aktual

11 Mart 2022, 17:47

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisaid Muse Ali ilə görüşüb.

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Nazirlər, iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Eyni zamanda, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatında əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdə, regional məsələlər müzakirə edilib. Nazir Ceyhun Bayramov, münaqişə sonrası bölgədəki cari vəziyyət barədə həmkarını məlumatlandırıb. Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisaid Muse Ali Azərbaycanı, ərazi bütövlüyünün təmin olunması münasibətilə təbrik edib.

 

Nazirlər, həmçinin təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində təhsil təqaüdlərinin ayrılmasını yüksək qiymətləndirib, bu sahədə gələcəkdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.

 

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır