“Kür çayının aşağı axınında suyun azalmasının əsas səbəbi iqlim faktorudur”.
Modern.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saat”ında deyib.
O bildirib ki, ölkəyə daxil olan suyun miqdarı son 10 ildə ümumilikdə 27% azalıb, amma Kürün aşağı axarında bu göstərici 50%-dən çoxdur:
“Sudan səmərəsiz istifadə də Kürün səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Qarlı və şaxtalı günlərin azalması sululuğun azalmasına səbəb olduğundan suya olan tələbatı artır. Nəticədə sakinlərin sudan ifrat dərəcədə istifadəsini görürük. Amma Kürətrafı ərazilərdə yaşayan vətəndaşlar daha diqqətli olmalıdırlar. Suyun israfçılığına yol verilməməlidir. Mart ayı ərzində yağıntıların intensiv olması səbəbindən Kür çayının aşağı axınında vəziyyətin tədricən dəyişməsi proqnozlaşdırılır”.