Qarabağ bölgəsində 11 hidrometeoroloji stansiya quraşdırılır.
Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saat”ında danışıb.
O bildirib ki, iyun ayına qədər azad olunmuş ərazilərdə həmin stansiyaların quraşdırılması gözlənilir:
"Hidrometeoroloji proqnozların keyfiyyətini artırmaq məqsədilə respublikanın 25 məntəqəsində müasir avtomat hidrometeoroloji stansiyalar quraşdırılır. Onlardan 11-i işğaldan azad edilmiş ərazilərdə olacaq. Bu stansiyalar orada hava proqnozlarının dəqiqliyinə xidmət göstərəcək”.