Modern.az

Bu ölkə Rusiyadakı səfirini geri çağırdı

Bu ölkə Rusiyadakı səfirini geri çağırdı

Aktual

24 Mart 2022, 14:59

Bolqarıstan Rusiyadakı səfirini geri çağıracaq.

 

Modern.az xəbər verir ki, bunu ölkənin Baş naziri Kiril Petkov bildirib.

 

Onun sözlərinə görə, Rusiya tərəfindən də analoji addımın atılmasını gözlənilir.

 

Qeyd edək ki, ötən gün Baş nazir Kiril Petkov Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanovanı ölkəsilə bağlı açıqlamalarına görə hökumətin iclasında tənqid etmişdi.

 

Rusiya səfirliyi diplomatın ictimai şəkildə tənqid olunmasının qəbuledilməz olduğunu bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?