Modern.az

Avropa İttifaqı Rusiya qarşısında tələblər qoydu

Avropa İttifaqı Rusiya qarşısında tələblər qoydu

Aktual

25 Mart 2022, 09:30

Avropa İttifaqının üzvləri Rusiyadan Ukraynaya qarşı hərbi əməliyyatları dərhal və qeyd-şərtsiz dayandırmağı tələb ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” portalı məlumat yayıb.

 

Məlumata görə, Aİ sammitinin yekun bəyanatında Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə tam hörmət edilməsi tələb olunub.

 

Aİ üzvü olan dövlətlər Rusiyanın hərbi əməliyyatlarının beynəlxalq hüququ kobud şəkildə pozduğunu və dinc əhali arasında kütləvi itkilərə və yaralanmalara səbəb olduğunu qeyd ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır