Modern.az

Ukraynada öldürülən uşaqların sayı 135-i KEÇDİ

Ukraynada öldürülən uşaqların sayı 135-i KEÇDİ

Aktual

25 Mart 2022, 11:10

Rusiya-Ukrayna müharibəsində indiyədək 135 uşaq həlak olub.

 

Modern.az xəbər verir ki, bununla bağlı məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.

 

Prokurorluq bildirib ki, bir aydan çoxdur davam edən müharibədə bu günədək 184 uşaq yaralanıb.

 

Məlumata görə, ən çox itkilər Kiyev, Xarkov, Donetsk, Çerniqov, Nikolayev, Zaporojiye, Jitomir, Xerson və Sumidə qeydə alınıb.

 

Xatırladaq ki, fevralın 24-ü səhər saatlarında Rusiya Ukraynada müharibəyə başlayıb. Həmin gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət tətbiq edib. Artıq müharibənin 32-ci günüdür.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır