Modern.az

Göyçayda 25 minlik oğurluğun üstü açıldı

Göyçayda 25 minlik oğurluğun üstü açıldı

Aktual

26 Mart 2022, 11:30

Göyçay rayonunda 25 min manatlıq oğurluq edən şəxslər saxlanılıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirlik bildirib ki, Göyçay Rayon Polis Şöbəsinə Çayarxı kəndin ərazisində yerləşən avtomobillərin təmiri sexində “Volvo” markalı bir yük avtomobilinin 5.000 manat dəyərində, “Zoomlion” markalı digər avtomobilin 10.000 manat dəyərində mühərrik hissələrinin, şəhər ərazisindəki MMC-lərin birindən isə 10.000 manat dəyərində metal qırıntıları və elektrik avadanlıqlarının oğurlanması barədə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Göyçay şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Həsənov, E.Eminov və A.Vəliyev müəyyən edilərək saxlanılıblar, araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır