Müharibə başlayandan indiyə qədər Rusiya ordusunun 16 400 hərbçisi zərərsizləşdirilib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qərargahdan bildirilib ki, Rusiyanın 575 tankı, 1610 zirehli döyüş maşını, 293 artilleriya sistemi, 91 havadan müdafiə sistemi, 51 zenit kompleksi, 117 hərbi təyyarəsi, 127 helikopteri, 1131 nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 73 yanacaq çəni, 56 ədəd dronu məhv edilib.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya hücum edib.