Modern.az

Kiyev gücləndirilmiş komendant saatına keçdi

Kiyev gücləndirilmiş komendant saatına keçdi

26 Mart 2022, 15:20

Martın 26-da Kiyevdə gücləndirilmiş komendant saatı tətbiq ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.

 

Onun sözlərinə görə, komendant saatı bu gün saat 20:00-dan başlayacaq və 28 mart saat 07:00-a kimi davam edəcək.

 

Kliçko komendant saatı müddətində mağazalar, apteklər, yanacaqdoldurma məntəqələri və digər obyektlərin işləməyəcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu müddətdə insanlar yalnız evdə və sığınacaqlarda qala biləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə