"Ukrayna xüsusi xidmət orqanları Rusiya vətəndaşlarına zənglər edərək, onları ehtiyatdan hərbi komissarlığa çağırırlar".
Modern.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
General Rusiya vətəndaşlarını Ukrayna ərazisindən edilən zənglərə inanmamağa çağırıb.
"Bu zənglər həqiqətə uyğun deyil və Ukrayna xüsusi xidmət orqanlarının təxribatıdır. Rusiya Federasiyasının Müdafiə Nazirliyi ehtiyatda olan heç bir vətəndaşı hərbi komissarlıqlara çağırmır və çağırmağı planlaşdırmır", - deyə nazirlik rəsmisi vurğulayıb.