Modern.az

Bayden ukraynalı nazirlərlə GÖRÜŞDÜ

Bayden ukraynalı nazirlərlə GÖRÜŞDÜ

Dünya

26 Mart 2022, 16:47

ABŞ Prezidenti Co Bayden ukraynalı nazirlərlə görüş keçirib.


Modern.az xarici KİV-ə xəbər verir ki, ABŞ lideri Co Bayden Varşavaya səfəri zamanı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Oleksi Reznikov ilə danışıqlar aparıb.

 

Görüş şəhərin mərkəzində, "Marriott" otelində baş tutub. Danışıqların detalları hələlik açıqlanmayıb.


Qeyd edək ki, ötən gün Bayden Brüsseldə Avropa İttifaqı və NATO liderləri ilə görüşdən sonra Polşaya səfər edib. 

 

Fatma Abdulla

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə