Modern.az

“Ukraynalı müsəlmanlar Ramazanı silaha sarılaraq keçirəcək” - ZELENSKİ

“Ukraynalı müsəlmanlar Ramazanı silaha sarılaraq keçirəcək” - ZELENSKİ

Aktual

26 Mart 2022, 17:18

"Ukraynalı müsəlmanlar Ramazan ayında silaha sarılıb, ölkələrini qorumaq məcburiyyətindədirlər".

 

Modern.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski onlayn formada qatıldığı Doha Forumunda deyib.

 

Prezident bildirib ki, Avropada Rusiya qazına və neftinə qadağanın tətbiqi vaxt aparacaq: "Qətər enerji baxımından perspektivli tərəfdaşdır. Avropanın gələcəyi sizin sanksiyalarınızdan asılıdır. Enerji resurslarınızın istehsalını artırın. Rusiya enerji məsələsindən dünyanı təhdid edəcək silah kimi istifadə etməməlidir".

 

Zelenski çıxışında Ramazan ayından da söz açıb: "Ramazan bir həftə sonra başlayır. Bu ayın əhəmiyyətini və mənasını heç kimə izah etməyə ehtiyac duymuruq. Bütün dünya bunu bilir və hörmət edir. Ukrayna müsəlmanları Ramazan ayında əllərində silahla ölkələrini və azadlıqlarını qorumalı olacaqlar. Biz daha çox birlikdə çalışmalıyıq və Rusiyadan sülh tələb etməklə Ramazan ayının kölgədə qalmamasını təmin etməliyik. Biz beynəlxalq asayişi təkcə Ukrayna üçün deyil, hamı üçün qorumalı, Əfqanıstan, İraq, Suriya, Yəmən və Somalidə sülh üçün çalışmalıyıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır