"Gecə-gündüz bombalayırlar və Mariupol da daxil olmaqla bir çox şəhərin 90 faizi dağıdılıb".
Modern.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski onlayn formada qatıldığı Doha Forumunda deyib.
"Maripulda min insan həyatını itirdi, amma Rusiya buna görə heç bir cəza almadı. O, müsəlmanların yaşadığı Krımın işğalına görə də cəzalandırılmayıb. 31 günlük rus işğalı nəticəsində məscid və kilsələr də daxil olmaqla 59 ibadət yeri, 200 məktəb və onlarla xəstəxana dağıdılıb. 10 milyon ukraynalı qaçqın vəziyyətinə düşüb, 3,5 milyondan çox ukraynalı isə öz ölkəsini tərk etməli olub. Üstəlik, onların əksəriyyəti qadınlar və uşaqlardır. Bu, qaçqın böhranıdır. Amma bu hələ heç nədir, əsl böhran qarşıdadır”, - deyə Zelenski çıxışında vurğulayıb.