Modern.az

Ermənistan Azərbaycanı sülh sazişi üzrə təcili danışıqlara DƏVƏT ETDİ

Ermənistan Azərbaycanı sülh sazişi üzrə təcili danışıqlara DƏVƏT ETDİ

29 Mart 2022, 09:00

Ermənistan Respublikasının Təhlükəsizlik Şurası Qarabağ ətrafındakı vəziyyətlə bağlı bəyanat yayıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Bəyanatda deyilir ki, Ermənistan Respublikasının Təhlükəsizlik Şurası Qarabağ ətrafında təhlükəsizlik vəziyyətini müzakirə edərək, onu son dərəcə gərgin kimi qiymətləndirib.


“Hazırkı vəziyyətdə Təhlükəsizlik Şurası Ermənistan Respublikasının əvvəllər səsləndirdiyi mövqeyini bir daha təsdiq etməyi zəruri hesab edir və Azərbaycan Respublikasını hərtərəfli sülh sazişi üzrə danışıqlara dərhal başlamağa dəvət edir”,- deyə bəyanatda vurğulanır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır