Modern.az

Azərbaycanda Tuqay meşələri bərpa ediləcək

Azərbaycanda Tuqay meşələri bərpa ediləcək

Aktual

29 Mart 2022, 16:46

Azərbaycanda Tuqay meşələrinin bərpası üçün layihələr hazırlanır. 

 

Modern.az xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev "Ekspert saatı"nda məlumat verib.

 

Şöbə müdiri vətəndaşların suallarını cavablandırarkən xatırladıb ki, Tuqay meşələri təkcə Rusiya və digər ölkələrin ərazilərində deyil, Azərbaycanda da mövcud olub: 

 

"30 il bundan əvvəl daha çox ərazini əhatə edən Tuqay meşələri haqqında araşdırma aparılır. Bu meşələrin bərpası üçün müxtəlif qurumlarla danışıqlar gedir, yeni layihələr hazırlanır. Tuqay meşələrinin azalmasının səbəbi qrunt sularının miqyasının azalmasıdır”.

 

Şöbə müdiri qeyd edib ki, Tuqay meşələri əsasən çay kənarlarında inkişaf edir. Xüsusilə Kür çayının ətrafında Tuqay meşələrinin bərpası ilə bağlı layihələr hazırlanır.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır