Quba qəzasının əlverişli coğrafi mövqeyinin hərbi-siyasi əməliyyatların keçirilməsi üçün əlavə imkanlar yaratdığını nəzərə alan hay-daşnak və rus-bolşevik silahlı qüvvələri (Rusiya Fəhlə-Kəndli İnqilab Komitəsi və Bakı Komissarlığını timsalında) Azərbaycan Cumhuriyyətinin türk-müsəlman əhalisinin qətliam-soyqırımı faciələrini bu bölgənin Qızılburun, Şabran, Quba, Qusar, Xaçmaz nahiyələrində 20 min nəfərdən çox dinc sakininə yaşadıb...
Rus-bolşevik və hay-daşnak birləşmiş qüvvələrinin nizami, silahlı qüdur dəstələrinin 1918-ci ilin əvvəllərində Bakı quberniyasında hakimiyyəti ələ keçirməsi, Bakı Xalq Komissarları timsalında birbaşa Rusiya Kommunist (b) partiyasının tapşırığına əsasən, Azərbaycan Xalq Cumhuriyyətinin türk-müsəlman xalqına qarşı soyqırımı siyasətinin icraçıları kimi qərargahlarından biri Şamaxı qəzasının Mərəzə-Hilmilli kəndlərində (ruslar yaşayan) yerləşmiş, qanlı hərbi-siyasi əməliyyatlara Tiflis şəhərindən İ.Stalinin tövsiyəsi ilə S.Şaumyana kömək üçün göndərilmiş daşnak A.Mikoyan rəhbərlik etmişdir.
Hərbi əməliyyatın gedişi üçün əlavə hücum istiqaməti Qobustan nahiyəsinin Şıxlar-Ağdərə xətti seçildiyindən (Şamaxı-Sündü xətti boyunca hərəkət edən 5-ci Qafqaz İslam Ordusu heyətinin qarşısını kəsmək, eləcə də həmin ərazidən Quba qəzasına dağlıq hissədən hücumların təşkili üçün) Quba qəzasının Əmbizlər, Bəyəhmədyurd kəndləri (indi Xızı rayonu ərazisidir), Tuğay, Böyük Həmyə (Ərəb), Eynibulaq, Qara Siyəzən, Nardərən, Dağ Quşçu, Müşkülqazma, Sədan, Çarxana, Sağolcan kəndləri (hazırda Siyəzən ərazi vahidləri), Qızılqazma, Çuxurzəmi, Nohurlar, Əmirxanlı, Dağ Bilici, Pirəbədil obaları (Şabran rayonuna aid) amansız hücumlara məruz qalmış, 10 min nəfərə yaxın dinc sakin işgəncə ilə, milli-etnik mənsubluğuna görə qətlə yetirilmişdir.
Bu istiqamətdə düşmən hücumunun güclənməsinə digər bir səbəb Bakı şəhərindən
Quba qəzasında türk-müsəlman-yəhudi xalqının dinc sakinlərini gülləbaran edən A.Srvantsyanın quldurları və Bakı Komissarlarının 8 eşalondan ibarət “Cəza dəstələri” ilə birləşməyi hədəf alan bu qüvvələrin 1918-cu ilin aprel-may aylarında törətdikləri amansız soyqırımı qətlləri (qadınları və uşaqları süngü ilə öldürmələri, yaşlıları evlərə yığıb diri-diri yandırmaları...) Qızılburun nahiyəsinin (indi Siyəzən rayonu) 15-ə yaxın kəndindən də (10 min nəfərə qədər əhali) yan ötməmişdir.
1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı qətliam-soyqırımı faciələrini təhqiq edən Azərbaycan Xalq Cumhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının (1918-ci ilin iyulundan 1920-ci ilin aprel ayınadək Ələkbər bəy Hacıbaba oğlu Xasməmmədovun (1870-1925) sədrliyi ilə fəaliyyət göstərib) məlumatında bildirilir ki, Quba qəzasının Qara Ziyəzən kəndindən Baləmi Zülfüqar oğlunun, Hüseyn bəy Hüseyn bəy oğlunun, Əlixanlı, Sədan, Siyəzən və Tuğay kəndlərinin ümumi icma rəhbəri Nəcməddin İsmayıl oğlunun Komissiyaya verdikləri rəsmi məlumatda qeyd olunur:
- Əlixanlı kəndinin ağsaqqalı Mirzə Məmməd Dostəli oğlu və həmkəndlisi Gülhüseyn Məhərrəm oğlu rus-hay qüvvələri tərəfindən törədiləcək fəlakətlərin qarşısını almaq, dinc sakinlərin qətlə yetirilməməsi, evlərin qarət edilməməsi və yandırılmaması naminə həyatlarını təhlükədə qoyaraq düşmənə xahişdə bulunmuşlar, amma onlar amansızcasına qətlə yetirilmişlər...
Daha sonra, Eynibulaq kəndinin Cümə məscidinin mollası Əbülhəsən Kərbalayı Tağı oğlu rus-hay quldurlarının yandırdıqları, dağıtdıqları məsciddə qalmış “Qurani-Kərimi”in hissələrini də İstintaq Komissiyasına təqdim etmişdir.
Qəzanın Sağolcan kənd sakini Yarbala Ağazaman oğlu (1882-1989) 5-ci Qafqaz İslam Ordusunun tərkibinə Gəncə şəhərindən qoşularaq Bakı şəhərinədək döyüşlərdə iştirak etmişdir. Söhbət edirmiş ki, paytaxt küçələrinin birində quldurlar tərəfindən döşü kəsilmiş ananın körpəsinin qanı necə əmdiyinin şahidi olub...
Osmanlı Ordusunun hərbi marşlarından yadında qalanları da xatırlayırdı:
Haydı igidlərim, haydı,
Sizə düçmən gülləsi arxadan dəysə,
Südüm sizə haram olsun...
Qızılburun kəndlərində gedən döyüşlərin bir səngəri də Ülgülü dağda olub, Dağ Zarat kəndində yuva quran quldur dəstələrinə zərbə endirmək üçün (arada
Sədan kəndi isə düşmən topları ilə dəmir yolu eşalonundan atəşə tutulsa da, quldur dəstələrinin hücumuna da məruz qalıb, dağılan-yandırılan evlərin (Ağasəlim Yunus oğlunun (1845-1925) divarları 1950-ci illərədək qalırdı...
Kəndin şahid sakini Rzaqulu Mürsəl oğlu (1901-1983) deyirdi ki, düşmən dəstələri kəndə çatmamış, 50-
Rzaqulu Mürsəl oğlunun oğul nəvəsi Eldar Adil oğlu I Qarabağ müharibəsində, Murov dağı uğrunda gedən döyüşlərdə şəhid olub, müharibəyə getməmişdən əvvəl atasına söyləyib:
- Ata, sən mənə 1918-ci ildə rus-hay quldur dəstələrinin doğma Vətənimizdə, Sədan kəndində xalqımıza qarşı törətdikləri amansız qətliamalardan-soyqırımından, onlara qarşı babamın döyüşlərindən danışardın. Həmin vəziyyət indi Qarabağdadır, mən necə rahat yaşaya bilərəm ki, analarımız-bacılarımız düşmənə əsir düşür...
(Yazının hazırlanmasında həm də Siyəzən şəhər sakini Osman İsmət oğlu Ömərovun (1974), Sağolcan kənd sakini Seyfəddin Yarbala oğlunun (1953), Sədan kənd sakini Adil Rzaqulu oğlu Eldarovun (1941), Şabran rayonu, Pirəbədil kənd sakini Aprel Nəzər oğlu Məmmədovun (1941) məlumatlarından istifadə olunmuşdur.)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.)