Modern.az

Hamilə qalan azyaşlının işi nəzarətə götürüldü

Hamilə qalan azyaşlının işi nəzarətə götürüldü

Aktual

30 Mart 2022, 15:22

Bakı şəhərinin Suraxanı rayonunda yaşayan və Gəncə şəhərində azyaşlı qızın evliliyə cəlb olunması və hamilə qalması ilə bağlı yayılmış məlumat Ombudsman Aparatı tərəfindən araşdırılıb.

 

Ombudsman Aparatından Modern.az-a bildirilib ki, evliliyə cəlb olunmuş azyaşlı qızın hamilə qalması ilə bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayılmış məlumat Ombudsman Aparatı tərəfindən araşdırılaraq nəzarətə götürülüb.

 

"Məsələ ilə bağlı müvafiq qurumlarla, həmçinin uşağın xalası ilə əlaqə saxlanılıb, onun səhhəti, təhsili və hüquqlarının təmini vəziyyəti öyrənilib. Məsələnin araşdırılması və azyaşlının hüquqlarının təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Suraxanı Rayon İcra Hakimiyyətinə və Suraxanı Rayon Polis İdarəsinə müraciət olunub", - məlumatda deyilir.

 

Qeyd edək ki, 16 yaşlı qızın hamilə qalması və başın gələn hadisələr barədə ilk xəbər Modern.az saytında dərc olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır