Modern.az

Bayramdan sonra yoluxma AZALIB

Bayramdan sonra yoluxma AZALIB

Aktual

30 Mart 2022, 15:30

"Novruz bayramından indiyə qədər koronavirus pandemiyası ilə əlaqədar təcili yardıma müraciət edənlərin sayı azalıb".

 

Modern.az xəbər verir ki, bununla bağlı Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyib.

 

O qeyd edib ki, gündəlik yoluxma sayı azaldığı kimi təcili yardıma müraciətlərdə də xeyli azalma var: 

 

"Bayram günlərində adət-ənənələrə uyğun olaraq, insanlar bir-birinin evinə qonaq gedir, ünsiyyətdə olurlar. Buna baxmayaraq, bayramdan sonra yoluxma göstəricisi aşağı düşdü. Bu o deməkdir ki, ölkəmizdə vaksinasiyanın yüksək səviyyədə aparılması da pandemiyanın zəifləməsinə öz təsirini göstərir". 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır