Modern.az

Deputatlar Almaniyada alman dilində təbliğat aparmağı təklif edir

Deputatlar Almaniyada alman dilində təbliğat aparmağı təklif edir

Parlament

1 Mart 2010, 14:44

Millət vəkilləri Həvva Məmmədova və Qənirə Paşayeva Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı fevralın 25-dən 28-dək Almaniyada keçirilən müxtəlif tədbirlərdə iştirak ediblər. Səfər çərçivəsində deputatlat Azərbaycanın Almaniyadakı səfirliyində, Azərbaycan diaspor təşkilatlarının tədbirlərində iştirak ediblər. Bu barədə Modern.az saytına məlumat verən Həvva Məmmədova bildirib ki, Azərbaycan həqiqətləri barədə, xüsusilə də Xocalı soyqırımı ilə bağlı Almaniyada geniş işlər aparılsa da hələ də almanlarda bu məsələlər barədə istədiyimiz qədər məlumat yoxdur: “Ona görə də belə nəticəyə gəldik ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilimiş soyqırımlarla bağlı Almaniyada alman dilində təbliğat vasitələrindən istifadə edilsin. Hesab edirəm ki, bu, çox vacibdir. Bir məqamı da demək istəyirəm. Təkcə Berlində 2,7 milyon türk yaşayır. Türk qardaşlarımızla birgə erməni terorrunun ifşası ilə bağlı Almaniyada böyük işlər görə bilərik. Bu istiqamətdə səfirliyimiz, Almaniya Azərbaycan Koordinsiya Mərkəzi, Almaniya-Azərbaycan Evi böyük işlər görür. Ancaq bununla kifayətlənməməliyik. Almaniya Avropanın mərkəzidir. Bundan dolayı işləmək lazımdır”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü