Modern.az

Əkrəm Əylislidən başqa“Drujba narodov” jurnalına yazan azərbaycanlı müəlliflər - SİYAHI

Əkrəm Əylislidən başqa“Drujba narodov” jurnalına yazan azərbaycanlı müəlliflər - SİYAHI

2 Fevral 2013, 01:10

Azərbaycanın Xalq yazıçısı Elçin isə jurnalının Redaksiya Heyətinə daxil imiş..

Qalmaqallı “Daş yuxular” romanını çap etdirməklə aləmi bir-birinə vuran Xalq yazıçısı Əkrəm Əylisli həm də əsərin dərc olunduğu “Drujba narodov” jurnalının adını gündəmə gətirdi.
Qeyd edək ki, Əkrəm Əylislinin “Daş yuxular” romanı “Drujba narodov” jurnalının 2012-ci ilin dekabr buraxılışında (12-ci sayda) dərc olunub.

Modern.az saytının məlumatına görə, Rusiyada işıq üzü görən  “Drujba narodov” jurnalı dəfələrlə Azərbaycan yazıçı və şairlərinin əsərlərinə müraciət edib. Əməkdaşımızın araşdırması zamanı məlum olub ki, Əkrəm Əylislidən öncə digər Azərbaycan ədibləri də öz əsərlərini “Drujba narodov”da dərc etdiriblər.

Məsələn, “Drujba narodov”un 2003-cü ildə işıq üzü görən 12-ci sayı Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullanın 7 şeirini çap edib. Daha sonra Kamal Abdulla 2004-cü və 2006-cı illərdə də bu jurnalda bir neçə şeir və hekayəsini çap etdirib.

“Drujba narodov”un azərbaycanlı müəlliflərindən biri də bu günlərdə vəfat etmiş şair Sabir Abdulladır. Jurnal bir neçə dəfə Sabir Abdullanın şeirlərinə müraciət edib.

Məşhur dedektiv yazarımız Çingiz Abdullayev də “Drujba narodov” jurnalının müəllifləri sırasına daxildir.

Jurnal Azərbaycan Yazıçılar Birlinin sədri Anarın, onun qızı Günel Anarqızının hekayələrinə də öz səhifələrində bir neçə dəfə yer ayırıb.

Bundan başqa şair Səlim Babullaoğlu öz şeirni bu jurnalda dərc etdirən yazarlarımızn siyahısına daxildir.

Jurnalın 2012-ci ildəki 1-ci sayında yazıçı Azər Abdullanın “Çiçək yağışı” (“Dojd tsvetov”) hekayəsi də dərc olunub.

Ən maraqlısı isə odur ki, “Drujba narodov” jurnalının Redaksiya Heyətinə Azərbaycanın Xalq yazıçısı Elçin də daxildir.
Görəsən Elçin qalmaqal doğuran “Daş yuxular” romanı “Drujba narodov”da dərc edilməzdən öncə onun məzmunu barədə məlumatlı olubmu?
Yəqin ki, jurnalın Redaksiya Heyətinin üzvü kimi Elçinin bu suala cavabı maraqlı olar..

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu