Modern.az

Azərbaycan səfirinin xanımı ilə dostluq edən 1-ci ledi - Prezidentin stilisti - FOTOLAR

Azərbaycan səfirinin xanımı ilə dostluq edən 1-ci ledi - Prezidentin stilisti - FOTOLAR

Reportaj

2 Fevral 2013, 12:41


Modern.az
 saytı “Birinci ledilər” rubrikasında xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir.

Rubrukanın budəfəki təqdimatı  Moldova prezidenti Nikolay Timoftinin həyat yoldaşı Marqarita Timofti barəsindədir. Marqarita Timofti 1956-cı ilin 7 aprelində dünyaya gəlib. O gələcək əri ilə ilk dəfə 1974-cü ildə Moldova Dövlət Universitetindən məzun olarkən tanış olub.

Xanım Timofti sözügedən universitetin Kitabxanaçılıq fakültəsini bitirib. Bir müddət keçdikdən sonra o, gələcək prezidentlə ailə qurub. Marqarita Timofti  3 oğlan övladı dünyaya gətirib.


1977-ci ldə Nikolay Timofti ilə onların ilk oğlu Aleksey dünyaya gəlib. Böyük oğul atasının yolunu davam etdirərək Hüquq fakultəsini bitirib. O hazırda Amerikada yaşayır və ailəlidir, özünün şəxsi vəkillik bürosu var.

Timoftilərin ikinci oğlu 32 yaşlı Nikolay birinci ledinin övladları arasında ən populyar olanıdır. O da böyük qardaşı kimi Hüquq fakültəsini bitirib, amma özünü jurnalistikaya həsr edir. Bir neçə telekanalda işlədikdən sonra Nikolay çox məşhurlaşıb. Hazırda isə Moldovanın özəl telekanallarından birində idman verilişinin aparıcısıdır. Hətta o, Moldovanın yeni “Olejki”si statusunu da qazanıb.

Marqatita və Nikolay Timoftinin sonbeşikləri 23 yaşlı Ştefan isə idmançıdır, o, Moldovanın “Olxioniya” futzal komandasının tərkibində oynayır. Bu yaxınlarda da Futzal üzrə Premyer-liqada da çıxış edib.

Marqarita və Nikolay Timoftilər artıq 39 ildir ki, evlidirlər. Xanım Timofti uzun müddətdir İoan Kryanqe adına Uşaq Kitabxanasının cəmiyyət üzrə iş şöbəsinə başçılıq edib.

2005-ci ildə o, Moldova Dövlət Universitetinin Hüquq fakultəsini də  bitirib. Birinci ledi 2010-cu ildən Moldova parlamentinin Avropa haqları şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışır.
Parlamentin İnsan resursları üzrə işlər şöbəsinin müdiri Yelizaveta Paliy birinci ledini belə xarakrerizə edib:


”Xanım Timofti çox sadə, savadlı və məsuliyyətli insandır. Həyat yoldaşı Nikolay Timoftinin prezident seçilməsindən sonra da onun hərəkətlərində, xarakterində olan sadəlikdə heç nə dəyişməyib. Belə insanlara çox nadir hallarda rast gəlinir”.

Xanım Timofti deməyəcən ərinin həm də şəxsi imicmeykeridir. Prezidentin mətbuat xidmətinindən də bunu etiraf edərək bildiriblər ki, ölkə başçısının stilisti elə onun xanımıdır. Marqarita Timofti ərinin hər bir mərasim üçün olan geyimini ayrı-ayrılıqda xüsusi bir diqqətlə özü seçir.

Marqarita Timofti sosial məsələlərdə də çox aktivdir. O, kitabxanaların modernizasiya prossesi adlı konfransda çıxışında keçmış kitabxana işçisi kimi kitabın insan həyatındaki əhəmiyyətindən danışıb.

Moldovanın birinci ledisi xeyriyyə işləri ilə də məşğuldur. O, tez-tez paytaxt Kişinyovda yaşlılar və əlillər üçün açılmış mərkəzi ziyarət edir, buradakı insanlara mənəvi dəstək veriri, hədiyyələr paylayır.

Birinci ledi ilə bağlı daha bir maraqlı məlumat odur ki, Marqarita Timofti Azərbaycanın Moldovadaki səfiri Namiq Əliyevin həyat yoldaşı Natəvan Əliyeva ilə da dostluq edir.


Günəş FƏRHADLI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı