Modern.az

Bu şəxslərin müalicəsini sığorta qarşılasın! - TƏKLİF

Bu şəxslərin müalicəsini sığorta qarşılasın! - TƏKLİF

Aktual

5 Aprel 2022, 11:40

"Əgər təbii fəlakət nəticəsində kimsə xəsarət alıbsa, onun müalicəsi tibbi sığortanın xidmətlər zərfinə əlavə edilsə, yaxşı olar". 


Modern.az xəbər verir ki, bunu Milli Məclisinin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

 

Deputat sədri olduğu Milli Cəbhə Partiyasının üzvünün ötən günkü güclü küləkdə xəsarət aldığını bildirib: 

 

"Xəsarət alan şəxsi xəstəxanaya yerləşdirmişik və plastik əməliyyata ehtiyacı yaranıb. Amma bu əməliyyat icbari tibbi sığorta qarşılamır. Mən xahiş edirəm ki, buna baxılsın". 

 

Spiker Sahibə Qafarova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə müraciətlə bağlı tapşırıq verib: 

 

"Musa müəllim, bu məsələni nəzərə almağınızı xahiş edirəm".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır