“Bəzi ticarət mərkəzlərində vaxtı keçmiş qida məhsulları satılır. Aidiyyəti qurumun bu məsələyə nəzarəti gücləndirilməlidir".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Rüfət Quliyev deyib.
Deputat çıxışı zamanı, həmçinin icbari tibbi sığorta ilə əlaqədar dinləmə keçirilməsi üçün spikerə müraciət edib.
Milli Məclisin sədri Sahibə Qafarova deputatın təklifinə müsbət cavab verib: "Mən tapşırıq vermişəm ki, dinləmələrdə bütün deputatların iştirakı təmin edilsin. Belə bir dinləmə keçiriləcək və siz də iştirak edəcəksiniz".