Modern.az

Bələdiyyələrin birləşdirilməsi gündəmə gətirildi

Bələdiyyələrin birləşdirilməsi gündəmə gətirildi

Aktual

5 Aprel 2022, 12:21

"Bələdiyyələrlə bağlı kifayət qədər qanun var. Lakin bu qanunların toplanıb, Bələdiyyə Məcəlləsində birləşdirilməsi lazımdır". 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. 

 

O bildirib ki, məsələ ilə əlaqədar Milli Məclisdə iş aparılır: "Aidiyyatı qurumların buna dəstək göstərməsini gözləyirik". 


Bələdiyyələrin birləşdirilməsi ilə bağlı məsələyə gəlincə, komitə sədri söyləyib ki, işğaldan azad edilmiş ərazilərdə bələdiyyələr təşkil edildikdə, təxmini 500 əlavə bələdiyyənin yaradılması mümkün olacaq:


"Ona görə bələdiyyələrin birləşdirilməsi vacibdir. Gəncə Sumqayıt kimi iri şəhərlərdə vahid bələdiyyələrin yaradılması, bu effektiv olarsa, Bakı böyük şəhər bələdiyyəsinin yaradılması təklif edilə bilər".

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!