"Bələdiyyələrin ümumiliyyətlə mülkiyyəti yoxdur. Bələdiyyə üzləri müəyyən sənədləri olan, lakin heç bir vəzifəsi olmayan vətəndaşlardır".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin 2021-ci ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
O bildirib ki, 23 ildir heç nə dəyişməyib, bu şəkildə davam etsə, daha 23 il heç nə dəyişməyəcək: "Nə qədər nəzarət edirsən et, bələdiyyə inkişaf etməyəcək. 2 il bundan öncə qərar qəbul edilsə də, dirilər bir yana, heç ölüləri də bələdiyyələrə vermək istəmirlər. Qəbiristanlıqların idarəsi hələ də bələdiyyələrə verilməyib. Bələdiyyələrə pul qazanmağa imkan verilmir".