Modern.az

Ukraynada 10 təxliyə dəhlizi açılır

Ukraynada 10 təxliyə dəhlizi açılır

Dünya

8 Aprel 2022, 12:55

Bu gün Ukraynada 10 təxliyə dəhlizi açılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk məlumat yayıb.

 

Mühasirədə olan Mariupol şəhərindən və intensiv bombardmanlara məruz qalan Luqansk bölgəsindən dinc əhalinin təxliyəsi üçün marşrutlar nəzərdə tutulub.

 

Belə ki, Mariupoldan Berdiansk, Tokmak, Melitopol, Enerhodardan Zaporoje bölgəsinə, Luqanskda isə Severodonetsk, Lisiçansk, Popasna, Hirske və Rubijnedən Baxmuta qədər evakuasiya dəhlizləri açılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə