Modern.az

“Ukraynaya təcili hərbi dəstək lazımdır” – XİN başçısı

“Ukraynaya təcili hərbi dəstək lazımdır” – XİN başçısı

Dünya

11 Aprel 2022, 23:57

“Rusiyanın hücumlarından qorunmaq üçün Ukraynaya təcili hərbi dəstək lazımdır”.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

 

XİN başçısı Ukraynaya daha çox hərbi vasitənin, xüsusilə ağır silahların lazım olduğunu vurğulayıb.

 

O, müttəfiq ölkələri Ukraynaya dəstək olmağa çağırıb və rəsmi Berlinin bu istiqamətdə işləri davam etdirdiyini söyləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə